PDF Oxu

Siyasət

  • 52

"Azərbaycanın AİB-ə daxil olması Zəngəzurun geri qaytarılmasından asılıdır”

"Azərbaycanın AİB-ə daxil olması Zəngəzurun geri qaytarılmasından asılıdır”

"Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olması ilə bağlı məsələyə Dağlıq Qarabağın geri qaytarılması konteksindən yanaşa bilmərik. Çünki, bu bizim dövlət maraqlarımıza ziddir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Rusiya parlamentinin üst qurumu olan Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabarovun "Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmaqla Dağlıq Qarabağ münaqişəsini həll edilə biləcəkdir" fikrini şərh edərkən deyib. Politoloqun sözlərinə görə, Rusiyada bir çox ekspert Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və cari vəziyyətindən xəbərsizdirlər: "Ona görə də məsələyə Rusiyanın ümummilli maraqları fonunda münasibət bildirirlər.Rusiyalı ekspertlərin fikrincə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyində Dağlıq Qarabağ məsələsini aktuallaşdırırsa, bu Rusiya üçün də faydalı olmalıdır".Mərkəz direktoru vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ məsələsini öz gücünə həll etmək imkanına malikdir və təkbaşına da həll edəcək: "Bu barədə Azərbaycanın ali siyasi rəhbərliyinin fəaliyyət konsepsiyası var. Hətta bu məsələdə özünü bizə qardaş hesab edən, dindaş deyən dövlətlərin, o cümlədən Rusiyanın da bu köməyinə ehtiyacımız yoxdur. Burada əsas məsələ bir-iki dövlətin bu problemin həllinə maneəçilik törətməsidir. Ölkə başçısının da siyasəti həmin dövlətlərin ehtimal olunan maneəçiliklərini aradan qaldırmağa yönəlib".M.Əhmədoğlu qeyd edib ki, əgər rusiyalı ekspertlər Zəngəzurun Azərbaycana qaytarılması məsələsini aktuallaşdırarlarsa, o zaman Azərbaycanda da Rusiyanın dəstəklədiyi inteqrativ qurumlara müsbət münasibət formalaşdırıla bilər: "Yəni, Vladimir Cabarov Azərbaycanı Avrasiya İqtisadi Birliyində görmək istəyirsə, Dağlıq Qarabağ məsələsini deyil, Zəngəzurun Azərbaycana qaytarılması məsələsini aktuallaşdırmalıdır. Hazırda bu məsələnin qaldırılması üçün Rusiyanın imkanları var. Çünki, Krımı 1953-cü ildə Xruşov Ukraynaya vermişdi. Putin isə geri qaytardı. Zəngəzuru da Stalin 1923-cü ildə Ermənistana verdi ki, Azərbaycan bölünsün, Naxçıvan blokadaya düşsün. Rusiya da Zəngəzurun Azərbaycan qaytarılması məsələsi qaldırılsa, ekspertlər səviyyəsində Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması məsələsini gündəliyə gətirə bilərik. Yəni Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olması Zəngəzurun geri qaytarılmasından asılıdır".

sia.az

Digər xəbərlər