Milli Məclisin deputatı, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Elxan Süleymanov Avronest PA-nın Büro iclasında iştirak etmək üçün oktyabrın 15-də Belçikanın Brüssel şəhərinə səfərə yola düşəcək. Parlamentdən SİA-ya verilən xəbərə görə, iclasda qurumun cari və gələcək fəaliyyəti ilə bağlı müzakirələr keçiriləcək, təkliflərə baxılacaq.Bir sıra təşkilati məsələlər gündəmdə olacaq. Avropa Parlamentini Avronest PA-da təmsil edəcək yeni deputat heyəti Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələrinə təqdim ediləcək. IV plenar sessiyaya hazırlıq işləri görüləcək. Bu ilin oktyabr-noyabr aylarında Ukraynada və Moldovada keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı fikir mübadiləsi aparılacaq. Deputatımız Büro iclasında müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək. Səfər oktyabrın 17-də başa çatacaq.
sia.az