Ermənistanda keçirilən kütləvi mitinqlər hakimiyyətə qarşı xalqın etirazının, hakimiyyətlə-xalq arasında yaranan uçurumun əlamətidir". Bunu SİA-ya millət vəkili Fəzail İbrahimli deyib.Millət vəkili vurğulayıb ki, bu gün xalq hələ seçki dövründə saxta yolla hakimiyyəti qamarlamış, arxasında böyük dövlətlərin dayandığı hakimiyyətdən imtina edir: "Bu gün Ermənistan iqtidarının apardığı siyasət xalqın istəyi müstəvisində yox, hakimiyyəti qorumaq uğrunda düşüncələrə söykənir. Qarabağ kartı üzərində hakimiyyətə gəlmiş bugünki Ermənistan iqtidarı artıq tükənib. Yəni məlum oldu ki, onları hakimiyyətə gətirən məlum məsələ bu gün üçün aktual deyil. İşğalçı dövlət olan Ermənistan Qafqaz regionunda həyata keçirilən beynəlxalq layihələrdən kənarda qalıb, iqtisadiyyatı çöküb, xarici dövlətdən asılı vəziyyət düşüb. Nəticəsi belə olan bir iqtidara xalqın münasibəti necə ola bilər? Məhz bu günlərdə Ermənistanda keçirilən mitinqlər bunun ifadəsidir".Ermənistandakı mitinqlər iflasa uğramış Sarkisyan iqtidarını devirə bilərmi sualına isə F.İbrahimli belə cavab verib: "Hakimiyyətin devrilməsi üçün obyektiv və subyektiv şərait lazımdır. Bu isə dörd şərt daxilində mümkündür. Birinci, xalqın hakimiyyətdən narazılığının pik həddə çatması, ikinci, iqtidarın ölkəni idarə edə bilməməsi, üçüncü, ordunun, dövlət təhlükəsizlik orqanlarının xalqın tərəfinə keçməsi, dördüncü şərt isə xalqın küçələrə kütləvi axınından ibarətdir".
sia.az