PDF Oxu

Siyasət

  • 29

Elman Nəsirov: “Həmsədrlərin fəaliyyəti daha çox Ermənistanın xeyrinədir”

Elman Nəsirov: “Həmsədrlərin fəaliyyəti daha çox Ermənistanın xeyrinədir”

"Ermənistan adlı işğalçı dövlət hər zaman prezidentlərin görüşünün baş tutmamasına çalışır. Ona görə də hər görüş ərəfəsində müxtəlif insident və təxribatlar törədir ki, prosesə zərbə endirsin. Bununla da danışıqların əsas predmetini atəşkəs rejiminin qorunub saxlanmasına yönəldir". Bunu SİA-ya YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov Fransanın Burq Le Valans şəhərinin meri Marlen Muryenin işğal edilmiş ərazilərimizə qanunsuz səfərini şərh edərkən deyib.Politoloqun sözlərinə görə, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun regiona səfəri, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşü ərəfəsində də işğalçı Ermənistanın belə təxribatlarının şahidi olmuşuq: "İndi də Fransanın təşəbbüsü ilə prezidentlər səviyyəsində görüşün keçirilməsi məsələsi var. Bu ərəfədə ermənilər digər ölkələrdən yox, məhz Fransanın Burq Le Valans şəhərinin meri Marlen Muryenin işğal edilmiş ərazilərimizə səfərini təşkil etməklə bu prosesə kölgə salmaq istəyir. Onlar çalışır ki, ya danışıqlar baş tutmasın, ya da əsas məsələ müzakirə predmetindən kənarda qalsın. Bu onların dəfələrlə sınaqdan çıxardığı bir üsuldur. Çox təəssüf ki, həmsədr dövlətlər də Ermənistanın bu şıltaqlığına lazımı adekvat cavab vermirlər".E.Nəsirov Fransanın Burq Le Valans şəhərinin meri Marlen Muryenin işğal edilmiş ərazilərimizə qanunsuz səfərini təəssüfedici hal kimi qiymətləndirib: "Təəssüfedici haldır ki, həmsədr dövlətlərdən olan Fransa bu səfəri şəxsi səfər kimi qiymətləndirir. Bildirir ki, bu hökumətin mövqeyi deyil. Bu necə şəxsi səfər ola bilər ki, bu şəxs Fransanın Burq Le Valans şəhərinin meridir".E.Nəsirov hesab edir ki, bu məsələlərdə həmsədrlər lazımı addımı atmırlar: "Elə buna görədir ki, Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətindən çox məmnundur. Uels samitindən geri döndükdən sonra sentyabrın 6-da Sarkisyan hakim "Respublika" partiyasının rəhbərliyi ilə görüşündə açıq şəkildə qeyd etdi ki, Azərbaycan NATO və AŞPA, Ermənistan isə ATƏT və Minsk qrupu müstəvisində daha böyük müvəffəqiyyətlər qazanır. O, qeyd etdi ki, ATƏT və Minsk qrupu çərçivəsində qazandıqları uğurları digər müstəvilərə keçirsinlər. Ermənistan ATƏT-in Minsk qrupunun fəaliyyətindən məmnundursa, deməli onların fəaliyyəti münaqişədə daha çox Ermənistana xeyir gətirir. Baxmayaraq ki, ATƏT-in Minsk qrupu neytrallıq prinsipini qorumağa çalışır, balanslı siyasət yeridir. Bunun özü də işğalçı üçün vacibdir və ona görə də razılıqlarını ifadə edirlər. Bütün bunlar Fransada Azərbaycan və Ermənistan prezidentlərinin keçiriləcək görüşü və nəticələri ilə bağlı pozitiv düşünməyə ciddi əsas vermir. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi ATƏT-in Minsk qrupunun fəaliyyəti heç də münaqişəni həll etmək yox, onun müharibəyə çevrilməsinin qarşısını almaqdan ibarətdir",

sia.az

Digər xəbərlər