PDF Oxu

Siyasət

  • 23

Qabil Hüseynli: “Ermənistan üzərinə öhdəlik götürüb və onu icra edəcəyini bildirib” AÇIQLAMA

Qabil Hüseynli: “Ermənistan üzərinə öhdəlik götürüb və onu icra edəcəyini bildirib” AÇIQLAMA

"Qəti şəkildə bildirilib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına Dağlıq Qarabağ olmadan daxil olmalıdır. Çünki Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, əvvəlcədən İttifaqın təsis konfransında da irəli sürülmüşdü". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, Ermənistan bu ittifaqa qoşulduğu zaman Dağlıq Qarabağ ciddi nəzarət altında olacaq: "Avrasiya İqtisadi İttifaqının, eləcə də Gömrük İttifaqının verdiyi qərara görə, Ermənistan Dağlıq Qarabağla arasında olan sərhəd keçid məntəqələrində gömrük keçid məntəqələri yaratmalıdır. Ermənistan da bu haqda üzərinə öhdəlik götürüb və onu icra edəcəyini bildirib. Bu məsələni Qazaxıstan və Belarus da qətiliklə müdafiə edir. Sözsüz ki, bu qərarın yerinə yetirilməsinə Gömrük İttifaqının mərkəzi orqanları, Avrasiya İqtisadi İttifaqına daxil olan dövlətlər, həmçinin, Azərbaycan nəzarət edəcək".

sia.az

Digər xəbərlər