PDF Oxu

Siyasət

  • 25

Aydın Hüseynov: “Xarici dairələrin sifarişlərini yerinə yetirən milli satqınlarımız var” AÇIQLAMA

Aydın Hüseynov: “Xarici dairələrin sifarişlərini yerinə yetirən milli satqınlarımız var” AÇIQLAMA

"Azərbaycan dövləti regionda, eləcə də dünyada öz yerini, mövqeyini möhkəmləndirdikcə, ölkəmizə qarşı qısqanclıq daha da artır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov 2003-cü ilin oktyabr ayının 15-16-da Bakıda radikal müxalifət qüvvələrinin təhriki ilə kütləvi iğtişaşlar törədilməsinə münasibət bildirərkən deyib.YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, müxalifətin bu cür təxribatçı hərəkətləri ilk belə hadisə deyil: "Azərbaycanın inkişafına qısqanclıqla yanaşan xarici dairələr, mərkəzlər heç şübhəsiz ki, daxildəki satqınlardan hər zaman istifadə edəcək. Çox təəssüflər olsun ki, xaricdəki mərkəzlər tərəfindən idarə olunan radikal müxalifət mütəmadi olaraq onların köləsi olacaq. Bu gün Azərbaycan cəmiyyəti müxalifətə qarşı çox kəskin şəkildə öz mövqeyini bildirib və bundan sonra da bildirəcək".A.Hüseynov hesab edir ki, müxalifət yenidən xarici dairələr tərəfindən kütləvi iğtişaşlara yönəldilə bilər: "Ölkəmizin iqtisadi və siyasi nüfuzu yüksəldikcə ona qarşı qısqanclıq da artacaq. Biz hər birimiz bilməliyik ki, erməni kimi düşmənimiz var. Çox təəssüflər ki, onların dəyirmanına su tökən, sifarişlərini yerinə yetirən milli satqınlar da var. Hesab edirəm ki, bütün Azərbaycan cəmiyyəti daima onlara qarşı mübarizə aparmaq əzmində olmalıdır və dövlətçiliyimiz, milli maraqlarımıza qarşı istənilən bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır".

sia.az

Digər xəbərlər