PDF Oxu

Siyasət

  • 26

Zahid Oruc: “Status-kvonun dəyişməsi üçün müsbət irəliləyişlər və göstəricilər var” AÇIQLAMA

Zahid Oruc: “Status-kvonun dəyişməsi üçün müsbət irəliləyişlər və göstəricilər var” AÇIQLAMA

"ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki son fəallığı bilavasitə Rusiya ilə bağlıdır". Bunu SİA-ya millət vəkili Zahid Oruc ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəallığına münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, Qərb dairələri artıq fərqindədirlər ki, bu məsələ ətrafında yaranmış şəraitdə həmsədrlər hər hansı aktivlik göstərməsələr, proses bütövlükdə Şimal qonşumuzun inhisarında qalacaq: "Onsuzda Ukrayna üzərindən qərblə savaş aparan rəsmi Moskva Qafqazlardakı prosesləri də bütövlükdə nəzarət altına ala bilər. Bu isə heç şübhəsiz ki, digər dairələrin təbii maraqlarına toxunur. Məhz buna görə də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri NATO-nın Uels sammitində böyül israrla Ermənistan-Azərbaycan prezidentlərinin görüşünün təşkil edilməsinə çağırış etdi. Təbii ki, o, buna da nail oldu və məlum bəyanatla çıxış etdi. Bu yaxınlarda isə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Ermənistan-Azərbaycan prezidentlərinin görüşü reallaşacaq. Bununla da məsələnin tam mahiyyəti ortaya çıxır və Qərb Dağlıq Qarabağ məsələsini Rusiyanın inhisarına vermək fikrində deyil.Əgər bu gün normal və ədalətli sülh planı olsa və xüsusilə bu rəsmi Kremlin təşəbbüsü ilə meydana çıxsa, həmin addım müxtəlif dairələr tərəfindən linc (sıradan çıxarılacaq) ediləcək. Beləcə, bu addıma hər cür təxribatlarla maneəçilik törədilməyə başlanılacaq. Niyə? Çünki bu avtomatik bir dövlətin probleminin həllində öncüllüyünü bərqərar edir, həmin ölkənin xeyrinə işləyir və başqa dövlətləri prosesdən (regional geopolitikadan, iqtisadi və siyasi məsələlərdən) kənarda qoyur. Təbii ki, buna razı olmaq mümkün deyil. Çünki ötən on illər ərzində Avropa bölgə ilə yaxın təmaslarını həm də münaqişələrdə iştirakı hesabına formalaşdırıb".Z.Oruc hesab edir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki son fəallığı, Avropa Şurası Parlament Assambleyasının DQ-la bağlı məlum qərarı, Ermənistanın Avrasiya İttifaqına qoşulması Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini xeyli genişləndirib: "Beləcə, əvvəlki status-kvonun dəyişməsi üçün müsbət irəliləyişlər və göstəricilər var".

sia.az

Digər xəbərlər