PDF Oxu

Siyasət

  • 26

Fazil Mustafa: "Azərbaycanda siyasi mədəniyyət yetərincə inkişaf etməyib" Açıqlama

Fazil Mustafa: "Azərbaycanda siyasi mədəniyyət yetərincə inkişaf etməyib" Açıqlama

"Müxalifətdə təmsil olunan şəxslərin bir-birini təhqir etməsi Azərbaycanda siyasi mədəniyyətin hələ yetərincə inkişaf etmədiyinin göstəricisidir". Bu fikirləri SİA-ya açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.Onun sözlərinə görə, həmin insanlar dəfələrlə bu kimi təhqirlərlə qarşı-qarşıya qalırlar: "Onlar əsas fikirləri müzakirə etmək əvəzinə, insanları müzakirə obyektinə çevirirlər. Kiminsə kiməsə antipatiyası olduğuna görə məsələlərə baxış formaları da dəyişik olur. Odur ki, bu cür yanaşma düzgün deyil. Misal olaraq, diqqət etsəniz görərsiniz ki, qardaş ölkə olan Türkiyədə ən kəskin müxalifət mövqeyindən olan insanlar belə bir-birinə qışqırdıqda "sayın" sözünü deməyi unutmurlar. Bu da o deməkdir ki, müəyyən etik qaydalar var və onlar qorunub saxlanılır, çünki cəmiyyətin bu kimi davranışlardan xoşu gəlmir".Partiya sədri onu da qeyd edib ki, Azərbaycanda cəmiyyət bu davranışları sanki normal qarşıladığından, onlar bunu özləri üçün qəbahət hesab etmir və belə bir addım atmağı özlərinə rəva bilirlər: "Təbii ki, bu, olduqca yanlış yanaşmadır. Kimsəni təhqir etmədən və söymədən də fikirləri ifadə etmək insanın ağıl və qabiliyyət göstəricisidir. Təəssüf ki, Azərbaycan siyasətində bu cür hallar ortadan qalxmayıb və bu da cəmiyyətdə ciddi narahatlıq doğurur".

sia.az

Digər xəbərlər