PDF Oxu

Siyasət

  • 25

YAP builki bələdiyyə seçkilərini də qələbə ilə başa vuracaq

YAP builki bələdiyyə seçkilərini də qələbə ilə başa vuracaq

YAP İsmayıllı rayon təşkilatı 2014-cü ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlığın gedişi ilə bağlı təşkilatın qadınlar şurası, gənclər birliyi və Seçki Qərargahının rayon şöbəsi üzvlərinin və ilk ərazi partiya təşkilatı sədrlərinin iştirakı ilə şura iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, 2014-cü ilin dekabrında ölkəmizdə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin yaradılmasının 15 ili tamam olur. Eyni zamanda, dekabr ayında bələdiyyələrə 4-cü dəfə seçkilər keçiriləcək:"Ötən illərdə keçirilən bütün bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası qələbə qazanmışdır. Bələdiyyələrdə təmsil olunan YAP üzvlərinin sayı seçkilərdən-seçkilərə artımla müşayiət olunub. Respublikamızda 1999-cu ilin dekabrında təşəkkül tapan bələdiyyələrin əhali arasında mövqeyi möhkəmlənmiş, xalqın onlara inam və etimadı artmışdır. Yeni Azərbaycan Partiyası vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi olaraq xalqla dövlət arasında möhkəm siyasi birliyin daşıyıcısı kimi keçirilən bütün bələdiyyə seçkilərində yeni seçki texnologiyalarından məharətlə yararlanaraq Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq şəffaf və ədalətli seçkilər keçirməyə nail olmuş, irəli sürdüyü namizədlərin qələbəsini təmin etmişdir".

Rayon təşkilat sədri vurğulayıb ki, ətrafında 7832 nəfər partiya üzvünü birləşdirən İsmayıllı rayon təşkilatı da Yeni Azərbaycan Partiyasının öncüllərindən olaraq bələdiyyələrə keçirilən bütün seçkilərdə fəal iştirak etmiş, YAP təmsilçilərinin qələbəsini təmin etmişdir. Qarşıdan gələn seçkilərə ciddi hazırlıq işlərinin aparıldığını qeyd edən Ə.Vahabova bu məqsədlə YAP-ın fəaliyyət planına uyğun olaraq rayonda Mərkəzi Seçki Qərargahının rayon şöbəsinin yaradıldığını, seçkilərlə bağlı müxtəlif mərhələlərdə qarşıya qoyulan vəzifələri yerinə yetirmək məqsədilə qərargahın nəzdində qruplar və ərazi ilk təşkilatlarında bölmələr formalaşdırıldığını bildirib.

YAP İsmayıllı rayon təşkilatının şura iclasında seçkilərlə bağlı fəaliyyət planı, görülən işlər və qarşıda duran vəzifələr ətraflı müzakirə edilmiş, qərargahın rayon şöbəsində bölmə rəhbərlərinin məlumatları dinlənilmişdir. Seçki məntəqələrində hazırlıq işləri görülür.Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin sürətli inkişaf strategiyasının layiqli davamçısı kimi vətəndaşlarımızın xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyəti bələdiyyə seçkilərində aparılacaq təbliğat kampaniyasında istinad mənbəyi olacaq və bu siyasi kampaniyanın uğurla başa çatacağına zəmin yaradacaq.

Tədbirdə çıxış edən rayon təşkilatının şura üzvləri Rövşən Ağayev, Rüstəm Səmədov, Rasim Orucov, İsmayıl Tarverdiyev, Məhərrəm Əhmədov və başqaları bildiriblər ki, bələdiyyə seçkilərinin respublika səviyyəsində qanunauyğun, şəffaf və ədalətli keçirilməsi üçün dövlət səviyyəsində əlverişli şərait yaradılıb. YAP İsmayıllı rayon təşkilatı öz vəzifələrini partiyanın fəaliyyət planına uyğun qurub. Bildirilib ki, bu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində də YAP İsmayıllı rayon təşkilatının ətrafında birləşən partiya üzvləri seçki kampaniyasında öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, YAP namizədlərinin qalibiyyəti üçün səy və bacarıqlarını səfərbər edəcəklər.

ZÜMRÜD

Digər xəbərlər