""Səs" qəzetində dərc olunan bu müraciətin nəticəsi isə bugünki çiçəklənən Azərbaycandır"
"1992-ci il oktyabrın 16-da Azərbaycan ziyalılarının "SƏS" qəzeti vasitəsi ilə Ulu Öndər Heydər Əliyevə müraciəti təsadüfi yox, tarixi zərurət kimi meydana gəlmişdi". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov deyib.Onun sözlərinə görə, o zaman ölkədə çox ağır vəziyyət idi: "Belə bir vəziyyətlə uzağa getmək olmazdı. SSRİ-nin dağıntısından çıxmış bir ölkənin təkrar dağılması gözlənilirdi və faktiki olaraq bu baş verirdi. Həmin dövrdə institut direktoru idim və kabinetim vardı. Həmin dövrdə ziyalılarla bir yerə yığışaraq müzakirələr aparırdıq. Nəticə olaraq qərara aldıq ki, Ulu Öndər Heydər Əliyevə müraciət edək".Z.Qaralovun sözlərinə görə, bu müraciət olmasaydı Azərbaycanın çox ağır günləri davam edəcəkdi: "Belə bir ağır şəraitdə biz müraciət etdik və xalq da bu müraciətə çox optimal yanaşdı. Həmin dövrdə cəsur adamlar çox idi, xüsusilə ziyalılar. Ulu Öndər Heydər Əliyev Azərbaycanda rəhbər olanda Onunla çalışanlar vardı. Biz bir nüvə kimi yarandıq və xalq ətrafımızda toplaşdı. "SƏS" qəzeti yarananda "Əlincə" cəmiyyəti Riyaziyyat İnstitunda ayrıca fəaliyyət göstərirdi. Ancaq bu cəmiyyət də çox açıq iş apara bilmirdi. Onları təqib edirdilər. Biz "SƏS" qəzeti vasitəsi ilə Ulu Öndər Heydər Əliyevə müraciət etdik. Bu müraciətin nəticəsi isə bu günki çiçəklənən Azərbaycandır".
sia.az