"Hər bir yerdə sərnişin nəqliyyatı ilə bağlı məsələlər araşdırılır və buna uyğun olaraq avtobusların sayı müəyyənləşdirilir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov Bakıya əlavə avtobusların gətirilməsinə münasibət bildirərkən deyib."Bildiyiniz kimi, bütün bunların hər birinin optimallaşması və marşurutlarda insanlara daha yüksək xidmətin göstərilməsinə ehtiyac yarandığı təqdirdə xəttə əlavə avtobuslar buraxılır. Marşurutlarda əsasən tələbata uyğun avtobusların sayı müəyyənləşdirilir. Amma sözsüz ki, müəyyən pik saatlarda (səhər və axşam) problemlər yaranır. Təbii ki, bu da əlavə avtobus parkının yaradılmasına ehtiyac duyur. Bununla bağlı olaraq da aidiyyatı qurumlar ehtiyatda avtobuslar saxlayırlar. Həmin avtobuslar isə xidmət tərəfindən tənzimlənərək pik saatlarında sərnişinlərə xidmət etməyə cəlb olunurlar" - deyə, nazir müavini sözlərinə əlavə edib.
sia.az