PDF Oxu

Siyasət

  • 37

Elçin Mirzəbəyli: "Cinayətkarları, terrorçuları, vətən xainlərini müdafiə etmək ABŞ-ın köhnə adətidir"

Elçin Mirzəbəyli: "Cinayətkarları, terrorçuları, vətən xainlərini müdafiə etmək ABŞ-ın köhnə adətidir"

"Tək bizim deyil, dünyada sağlam inkişaf yolunu tutan dövlətlərin tərəqqisi həmişə ABŞ-ı qıcıqlandırıb. Azərbaycanın inkişafı isə ABŞ-ı o həddə çatdırıb ki, hər dəfə müxtəlif adlar altında ölkəmizə qarşı qərəzli hesabatlar yayır. Dövlət Depratamentinin mənasız çıxışları artıq ənənəvi hal alıb. Biz onları ciddiyə almırıq, öz doğru yolumuzla gedirik". Bu sözləri SİA-ya açıqlamasında ABŞ Dövlət Departamentinin L.Yunusu dərhal azad etməklə bağlı tələbinə münasibət bildirən Bütöv Azəırbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.Onun sözlərinə görə, terrorçuları, cinayətkarları, vətən xainlərini, dünyada sülhə təhlükə yaradan şəxsləri müdafiə etmək ABŞ-ın köhnə adətidir: "XX yüzilliklə Türkiyənin bir neçə diplomatı Avropanın müxtəlif dövlətlərində ermənilər tərəfindən qətlə yetirildi. Həmin erməni terrorçular ABŞ-da gizləndilər və onların həbs edilməsi üçün bu ölkənin hüquq-mühafizə orqanları heç bir iş görmədilər. Zaman-zaman ermənilərin qondarma iddiaları, məhz ABŞ-da meydana çıxıb, sistemləşdirilib və dünyanı zəhərləmək üçün ən yüksək kürsülərə təqdim olunub. İşğal olunan Azərbaycan torpaqları, məcburi köçkünlərimizin vəziyyəti ilə bağlı rəsmi ABŞ bir kəlmə belə danışmayıb. Əksinə ştatlarında erməni cinayətkarlarına qucaq açıb. Bu gün də ABŞ ədalətisz mövqedədir. Xalq vəziyyətindən razıdır, burada əsassız yerə kimsə həbs edilmir. Eləcə də L. Yunus! O həbsdədir, inanırıq ki, işlətdiyi bağışlanmaz cinayətlərə görə də öz layiqli cəzasını alacaq. Azərbaycanda kimliyindən asılı olmayaraq, cinayətkar cəzasını alır. ABŞ isə özü bilər, sadəcə vaxt itirib mənasız danışmasınlar, daxili işlərimizə müdaxilə etməsinlər".

sia.az

Digər xəbərlər