Millət vəkili Qənirə Paşayeva Milli Məclisin iclasında dünya şöhrətli müğənni Monserat Kabalyenin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə qanunsuz səfərini pisləyib. SİA-nın xəbərinə görə, millət vəkili M.Kabalyenin bundan əvvəl də qondarma "DQR"-ə səfər etdiyini xatırladıb və bu addımın növbəti dəfə yolverilməz olduğunu vurğulayıb.Q. Paşayeva həmçinin işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin müzakirələrələ çıxarılmasını və qəbul olunmasını təklifini irəli sürüb: "Hesab edirəm ki, məhz bu qanun vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən şəxslərin, siyasətçilərin, dövlət adamlarının, həmçinin qondarma DQR-lə işbirliyi quran şirkətlərin qanunsuz əməllərinin qarşısını almaq olar. Həmin qanunda bu şəxslərin Azərbaycanın işğal altında olan torpaqlarına səfərlərinin, həmçinin qondarma DQR-lə işbirliyinin qurmasının yolverilməz olduğu və bunun üçün sanksiya nəzərdə tutulduğu vurğulanmalıdır. Ümumiyyətlə bu tipli qanunlar bir sıra ölkələrdə, o cümlədən qonşu Gürcüstanda da var. Hesab edirəm ki, bizdə də belə bir qanunun qəbuluna ciddi etiyac var".
sia.az