PDF Oxu

Siyasət

  • 35

YAP Xəzər rayon təşkilatı Qadınlar şurasının üzvləri kimsəsiz uşaqlarla görüşüb

YAP Xəzər rayon təşkilatı Qadınlar şurasının üzvləri kimsəsiz uşaqlarla görüşüb

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı Qadınlar şurasının üzvləri Biləcəri qəsəbəsində yerləşən "Ümid yeri" Uşaq sığınacağında olublar. SİA-nın məlumatına görə, YAP Xəzər rayon təşkilatı Qadınlar şurasının sədri Pərvanə Hacıyeva valideyn himayəsindən məhrum olan uşaqlarla görüşdə Ümummilli Lider Heydər Əliyevin uşaqlara qayğısından, dövlət uşaq siyasətindən, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlara göstərdiyi diqqət və qayğıdan danışıb: "Ümumiyyətlə biz bir sıra tədbirlər planı hazırlamışıq ki, mütəmadi olaraq ahıl, kimsəsiz, qayğıya ehtiyacı olan insanlarla, uşaqlarla görüşək". "Ümid yeri" Uşaq sığınacağının rəhbərliyi diqqətə çatdırıb ki, Azərbaycan zəngin məmləkətdir. Amma onun ən qiymətli sərvəti təbii ki, insanlarıdır: "Bu zəngin məmləkətə sahib çıxmaq istəyiriksə uşaqlarımıza, onların sağlamlığına, təhsilinə sahib çıxmalıyıq. 1997-ci ildən fəaliyyətə başlayan "Ümid yeri" Cəmiyyəti də ilk gündən işini bu istiqamətdə qurub".Daha sonra görüşdə valideyn himayəsindən məhrum olan kimsəsiz uşaqlara YAP Xəzər rayon təşkilatının xətti ilə sovqatlar paylanılıb və uşaqlar üçün sığınacaqda yaradılan şəraitlə yaxından tanış olublar.

yap.org.az

Digər xəbərlər