PDF Oxu

Siyasət

  • 29

Nazir müavini: "DİN seçkilərdə gücləndirilmiş iş rejiminə keçəcək"

Nazir müavini: "DİN seçkilərdə gücləndirilmiş iş rejiminə keçəcək"

Azərbaycanda bələdiyyə seçkiləri zamanı seçki komissiyalarının işini pozacaq hal olarsa, bunun qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınacaq. SİA-nın xəbərinə görə, bu sözləri daxili işlər nazirinin müavini Oruc Zalov Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün bu gün MSK-da keçirilən müşavirədə "Seçki prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri" mövzusunda çıxış edərkən deyib.Azərbaycanda qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar DİN tərəfindən bir sıra müvafiq tədbirlərin görülməsi nəzərdə tutulduğunu dilə gətirən O. Zalov bundan əlavə, polis orqanlarının sayıqlığının artırılması, onların təlimatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulduğunu da qeyd edib: "Azərbaycanda qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçəcək. Ən son seçki bülleteni təhvil verilənədək polis orqanları seçki komissiyalarının çağırışına reaksiya verməyə tam hazır olacaq. Əmin ola bilərsiniz ki, tərtib olunan protokollarla əsasən istənilən vaxt polis orqanları tərəfindən qanunauyğun zəruri hərəkətlər görüləcək. Problemli məsələlərlə bağlı müraciət daxil olarsa, onlara dərhal reaksiya veriləcək və həll olunacaq".

sia.az

Digər xəbərlər