PDF Oxu

Siyasət

  • 38

Bələdiyyələr də hesabat verəcək

Bələdiyyələr də hesabat verəcək

"Azərbaycanda bələdiyyələr yarandığı 15 il ərzində xeyli inkişaf yolu keçib. Lakin bələdiyyələrin üzərlərinə düşən vəzifələrin öhdəsindən lazımınca gəldiklərini demək səhv olardı". SİA-nın xəbərinə görə, bu sözləri Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bu gün MSK-da Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən müşavirədə çıxış edərkən deyib.O bildirib ki, bütün bələdiyyələr heç də vəzifələrinin öhdəsindən gəlmirlər: "Burada bələdiyyələrin yarıtmaz işi öndə durur. Lakin burada başqa məsələlələr də var. Onlar büdcələrini formalaşdıra bilmirlər və əhalinin problemlərinin həlli üçün lazımi imkanları olmur. Bununla bağlı oktyabrın 28-də Milli Məclisdə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu müzakirə ediləcək. Qanunda bələdiyyələrin daşınmaz əmlaka görə sanballı vergilər tuta biləcəyi nəzərdə tutulur. İndiyədək bu vergi binaların balans dəyəri ilə müəyyənləşdirdi. İndi isə bələdiyyə hər kv.m.-ə uyğun olaraq öz vergisini alacaq. Nəzərdə tutulur ki, bu vergi nağd yox, bank və poçt vasitəsilə ödənilsin".Parlamentin komitə sədri bildirib ki, bundan sonra bələdiyyələr hər il hesabat verəcək. Onların fəaliyyəti qeyri-qənaətbəxş hesab edildikdə bələdiyyələr vaxtından əvvəl buraxıla bilərlər.

sia.az

Digər xəbərlər