PDF Oxu

Siyasət

  • 38

“Müstəqil Azərbaycanın iki mühüm tarixi hadisəsi”

“Müstəqil Azərbaycanın iki mühüm tarixi hadisəsi”

"Azərbaycan Universitetinə Respublikanın müstəqillik və bayraq günlərinə həsr olunmuş tədbir keçirilib"

Bu gün Azərbaycan Universitetində 18 Oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi gün eyni zamanda, 9 Noyabr Dövlət bayrağı gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitetin rektoru Eldar Qəhrəmanov, professor, müəllim və tələbə heyəti iştirak edib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov Respublikanın müstəqillik tarixindən bəhs edib. Eldar Qəhrəmanov qeyd edib ki, Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin qayıdışından sonra əldə edib: "1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Ulu Öndərimiz Azərbaycanın müstəqilliyinin əbədi və dönməz etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Müstəqil Azərbaycan xalqı inkişaf və tərəqqi xəttini tutaraq, Ulu Öndər ideologiyasının reallaşmasında səfərbər oldu. Bu gün bu ideologiya Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".Daha sonra çıxış edən universitetin ictimai elmlər kafedrasının professorları Anar İsgəndərov, Qabil Əliyev Respublikanın və xalqın tarixində önəmli yer tutmuş hər iki tarixin əhəmiyyətli məqamlarına toxunaraq, tədbir iştirakçılarına öz fikirlərini çatdırdılar.

sia.az

Digər xəbərlər