"Müsavat daxilində baş verən istefalarla bağlı hələ ki, bir fikir söyləmək istəməzdim". Bu fikirləri SİA-ya Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu başqan Arif Hacılının istefa verən bir neçə rayon təşkilatları üzvlərinin, eyni zamanda gənclərin partiyaya xəyanət etməsi iddialarına münasibət bildirərkən deyib.
Qubad İbadoğlu həmçinin qeyd edib ki, o və tərəfdarları Müsavatın müvafiq orqanlarına etdikləri müraciətlərin, eləcə də araşdırmaların nəticəsini gözləyir: "Hələlik araşdırmaların nəticələrini gözləyirəm. Məhz bundan sonra sözügedən məsələlərlə bağlı mövqeyimi açıqlayacağam. Konkret zamanda konkret açıqlamalarım olacaq".
Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının qurultayı zamanı başqanlığa kieçirilən seçkilərdə az səs fərqi ilə Arif Hacılıya uduzan Qubad İbadoğlu və tərəfdarları seçkinin nəticələrini tanımadıqlarını bəyan ediblər.
sia.az