PDF Oxu

Siyasət

  • 28

Rasim Musabəyov: “İkitərəfli münasibətlər hələlik Azərbaycanı tam qane edir” AÇIQLAMA

Rasim Musabəyov: “İkitərəfli münasibətlər hələlik Azərbaycanı tam qane edir” AÇIQLAMA

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həlli ilə bağlı Rusiya, Qazaxıstan, Belarusiya tərəfindən ölkəmizə qarşı hər hansı bir səy olsa, bu müsbət qiymətləndirilməlidir. Çünki həmin dövlətlər ölkəmizə yad deyillər". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması müqabilində Azərbaycanın Avrasiya İttifaqına qoşulmasının nə dərəcədə real görünməsi məsələsinə münasibət bildirərkən deyib.Politoloq hesab edir ki, bu əməkdaşlığın dərinləşməsi fayda verəcəyi təqdirdə, Azərbaycanın Avrasiya İttifaqına qoşulması məsələsi də ortaya atıla bilər: "Sadəcə olaraq ölkəmiz hələ bu İttifaqda özü üçün nə şərti, nə də iqtisadi cəhətdən heç bir fayda görmür. Yəni, ikitərəfli münasibətlər hələlik Azərbaycanı tam qane edir. Hesab edirəm ki, burada ilk növbədə gərək rəsmi Moskva tərəfindən məsələyə yanaşma dəyişilsin".

sia.az

Digər xəbərlər