"Hazırda dünya praktikasında seçkilərin keçirilməsi üçün iki sistem mövcuddur. Bunlardan biri mojaritar, digəri isə proporsional seçki sitemidir". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli müxalifətin proporsional seçki siteminin tətbiq edilməsinə dair referendum keçirilməsi ilə əlaqədar dövlət qurumlarına müraciət etməsinə münasibət bildirərkən deyib.Aparat rəhbərinin sözlərinə görə, artıq Azərbaycanda seçki sistemində mojaritar qaydalar mövcuddur: "Bu, çox normal bir sistemdir. Çünki bir çox hallarda insanlar siyasi partiyalara deyil, əksinə hansısa şəxslərə səs verməyə çalışırlar. Düşünürəm ki, proporsianal seçki sisteminin tətbiqi heç də Azərbaycan dövlətinə və cəmiyyətinə ziyan vura bilməz. Bu baxımdan məncə, gələcəkdə bu barədə məsələyə baxılsa yaxşı olardı. Hazırki mərhələdə isə tətbiq olunan qanunun geriyə qüvvəsi yoxdur".
sia.az