PDF Oxu

Siyasət

  • 45

Müşfiq Ələsgərli: “Xarici təşkilatlarla görüşə satqınçılıq mövqeyindən çıxış edən Leyla Yunus kimiləri can atırdı”

Müşfiq Ələsgərli: “Xarici təşkilatlarla görüşə satqınçılıq mövqeyindən çıxış edən Leyla Yunus kimiləri can atırdı”

MÖVQE

"Leyla Yunus və onun ətrafında olan adamlarla bağlı uzun müddətdir, kampaniya aparılır. Amma Leyla Yunus burada tək deyil". Bu fikirləri SİA-ya Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Leyla Yunusun və onu müdafiə edənlərin Qərbin bir sıra dariələrinin Azərbaycana qarşı sanksiyalar tələb etmək iddialarına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, son zamanlar Azərbaycanda Qeyri-Hökumət Təşkilatı, hüquq müdafiəçiləri adı altında xaricin bəzi dairələrinin maraqlarına xidmət edən bir qrup insanlar yetişdirilir: "Bu insanlar hüquq müdafiəçisi kimi fəaliyyətlə deyil, dövlətin siyasi maraqlarını satmaqla məşğuldurlar. Bu hal ifşa olunduqdan sonra həmin şəxslər saxlanılaraq, barələrində araşdırmalar aparılır. Bunlar haqqında qaldırılan cinayət işi kifayət qədər ağırdır. Məhkəmə prosesindən öncə də sonra da bu şəxslər haqqında QHT sektorunda şübhəli məqamlar özünü göstərirdi. Azərbaycanda yüzlərlə institutlaşmış QHT-lər var idi, amma bunlar arasında müəyyən qrup da mövcud idi ki, fantastik dərəcədə xaricdən qrantlar alırdılar. Bunların hansı fəaliyyətinə görə qrantlar verilirdisə, artıq bütün bunlar ifşa olundu"."Xarici təşkilatlarla görüşə satqınçılıq mövqeyindən çıxış edən Leyla Yunus kimiləri can atırdı" -deyən MŞ sədrinin müavini həmçinin qeyd edib ki, beynəlxalq təşkilatların bu cür QHT-lərlə əməkdaşlığa getməsi narahatedici məqamlardan idi: "Bunlar cəmiyyət arasında heç bir nüfuza malik deyil. Gündəmdə ancaq Azərbaycan əleyhinə çıxışlarla yadda qalırdılar. Bu şəxslər hazırda saxlanılıblarsa, onları himayə edən dövlətlərin müəyyən kampaniyalar keçirmələri təbii qarşılanmalıdır. Həmin dövlətlər dırnaqarası ədalətsizliyi ədalət prinsipi adı ilə cəmiyyətə "sırımaq" istəyirlər. Nə yolla olursa olsun, onlarla əməkdaşlıq etmiş şəxslərin dövlətçilik əleyhinə fəaliyyətlərini ört-basdır etmək istəyirlər. Bunun arxasında hədə-qorxular, müəyyən kampaniyaların keçirilməsi dayanır. İllərdir Leyla Yunus kimiləri öz dövlətlərinin deyil, qrant aldıqları xarici ölkələrin maraqlarına xidmət edirlər. Bunları qorumaq məqsədilə dövlətimizə qarşı aparılan kampaniyaların ciddi nəticələr verəcəyinə inanmıram. Çünki Azərbaycan regionda söz sahibi olaraq özünü təsdiq etmiş, dünyada cərəyan edən siyasi proseslərə təsir etmək imkanı olan dövlətdir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar öz yanlışlarını başa düşəcək və dövlətimizin apardığı düzgün siyasəti dəstəkləməyə məcbur qalacaqlar. QHT-lər öz statuslarını dərk etməli, dövlətin maraqlarını qorumalı və vətəndaşların mövqeyindən çıxış etməlidir. Məncə, son hadisələrdən sonra QHT-lər bir daha öz fəaliyyətlərinə nəzər yetirsinlər".

sia.az

Digər xəbərlər