PDF Oxu

Siyasət

  • 39

Ermənistanda mütləq hakimiyyət dəyişikliyi baş verəcək

Ermənistanda mütləq hakimiyyət dəyişikliyi baş verəcək

Sarkisyanın missiyası Ermənistanın Gömrük İttifaqına daxil olması ilə başa çatacaq

Ermənistan Avropa İqtisadi Birliyinə daxil olduqdan sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Parlament "üçlüyü" adlanan "Çiçəklənən Ermənistan", Erməni Milli Konqresi və "İrs" partiyalarının təşkil etdiyi və minlərlə insanın qatıldığı kütləvi aksiyada mitinq iştirakçıları ölkədəki iqtisadi vəziyyətə, Sarkisyan hakimiyyətinin siyasətinə və Ermənistanın Kremlin layihələrinə qoşulmasına etirazlarını bildiriblər.

"Sarkisyana istefa" və "Serjik, get" şüarları ilə çıxış edən mitinqçilər tərəfindən hökumətə qarşı 12 tələb irəli sürülüb. Aksiyaçılar qarşısında çıxış edən eks-prezident Levon Ter-Petrosyan deyib ki, Sarkisyan rejimi özünü tamamilə tükədib. Bu, artıq xarici qüvvələr üçün də aydındır. Petrosyanın sözlərinə görə, indi Ermənistanda hakimiyyəti dəyişmək üçün ən əlverişli məqamdır. Ermənistanda baş verən siyasi olayları dəyərləndirən yerli politoloqların fikirləri birmənalı deyil. Aksiyaların ciddi nəticə verəcəyini iddia edənlərlə yanaşı, etirazların görüntü məqsədi ilə ortaya qatıldığını düşünənlər də var.

Bir məqamı da xatırladaq ki, dünya ölkələrinin çoxu 2014-cü ilin əvvəlində təzə qədəm qoyan il haqqında proqnozlar verərkən Ermənistanla bağlı proqnozlarda bildirilirdi ki, yeni il bu ölkənin həyatında heç də yaxşı dəyişikliklər etməyəcək. Parlament fraksiyasının katibi Aram Manukyan əminliklə bildirmişdi ki, məhz 2014-cü ildə Ermənistanda hakimiyyət dəyişikliyi olacaq. Buna səbəb isə ölkədə xalqın indiki hakimiyyətə olan nifrətidir.

Artıq Sarkisyanın yerinə namizədlərin sayı da artır

"Çiçəklənən Ermənistan" partiyasının lideri, ölkənin ən iri biznesmenlərindən biri Qaqik Tsarukyan ölkə prezidenti postuna öz namizdəliyini irəli sürməyə hazır olduğunu bildirib: "Mənim prezidentliyə namizəd görmək istədiyim 5 şəxs var. Bunlar çox ləyaqətli insandırlar və Ermənistanı qaldıra bilərlər. Əgər xalq onlardan birinin namizədliyini dəstəkləsə onda mən də mütləq onu dəstəkləyəcəm. Əgər mənim namizədliyim irəli sürülsə, buna da hazıram. Söz verirəm ki, bir neçə ay ərzində dövlət doğru relsə düşəcək".

Namizəd ümumerməni etiraz aksiyalarında da iştirak edəcəyini və genişmiqyaslı olacağını bəyan edib. Erməni politoloqlarının sözlərinə görə, Sarkisyan iqtidarının ideoloqlarının məramları yetərincə primitivdir: ÇEP zəifləyərsə, Qagik Sarukyanın hərəkət imkanları azalacaq və deməli, Robert Koçaryanın da prezident seçkilərində aktiv iştirakını təmin edəcək nəsnələr passivləşəcək. Həmçinin politoloqlar onu da bildirir ki, Sarkisyanın adamları Sarkisyanı qorumaq üçün nəzarətlərindəki kütləvi informasiya vasitələrində müxtəlif "cib" siyasətçiləri və siyasi marionetkalar vasitəsilə elə Serj Sarkisyanın istefasını istəyirlər. Halbuki Ermənistanda vətəndaşların total əksəriyyətinin nifrət etdiyi Serj Sarkisyanı istefaya vadar etmək çətin deyil. Bunun üçün passiv fərd yox, normal vətəndaş olmaq yetər.

Ekspertlərin fikrincə, Ermənistanda hakimiyyət dəyişikliyi mütləq baş verəcək və Sarkisyanın missiyası Ermənistanın Gömrük İttifaqına daxil olması ilə başa çatacaq.

A.SƏMƏDOVA

Digər xəbərlər