"İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda V Beynəlxalq konfransın iştirakçıları oktyabrın 21-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. SİA-nın xəbərinə görə, qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzüblər.Daha sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıblar, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.Qonaqlar həmçinin Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini də seyr ediblər.
sia.az