Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Beynəlxalq Ekoenergetika Akaddmiyasının təşkilatçılığı ilə "Yaşıl İqtisadiyyat, eneri effektivliyi və ətraf mühit" mövzusunda Beynəlxalq konfrans keçirilir. SİA-nın məlumatına görə, konfransı dəstəkləyən təşklatlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyidir. Konfransın həmsədrləri Azərbaycan Memarlıq və İnşaat Universinin rektoru, professor, millət vəkili G.Məmmədova, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə, Dövlət Neft Şirkətinin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, Memarlıq və İnşaat Universitetinin "ekologiya mühəndisliyi" kafedrasının müdiri F.Əliyevdir.Azərbaycan Memarlıq və İnşaat Universinin rektoru, professor, millət vəkili Gülçöhrə Məmmədova konfransı giriş sözü ilə açaraq deyib ki, bu konfrans çox aktual bir mövzuya həsr olunub: "Bu mövzunun 3 tərkib hissəsi var. Ekologiya, ətraf mühitin qorunması bəşəriyyəti narahat edən ən aktual problemlərdəndir. Texnika inkişaf etdikcə mütəxəssislər bunun bəşəriyyətə nə qədər təsir etdiyini anlayırlar. Enerji səmərliyi problemləri də öz aktuallığını göstərir. Bu hətta siyasi bir problemə çevrilib. Enerji probleminin dünyada nə qədər rol oynadığını bilirik. Enerjidən qənaət və istifadə edilməsi, enerji təlabatı gələcək nəsil üçün də vacib məsələ sayılır. 2010-cu ilin "Yaşıl iqtisadiyyat" dünya iqtisadiyyatı üzrə 2,4% təşkil edib. Bu problemlərin ətrafinda bizim universitetin alimləri son illər böyük tətqiqatlar aparır. Bu istiqamətlərdə kadr hazırlıqlarına da fikir verilir. Ölkəmiz enerji resursları ilə çox zəgindir. Enerji bizim digər sahələrin inkişafına, aıternativ enerjinin inkişafına ciddi təsir göstərir".Tədbir hazırda davam edir.Daha sonra konfrans plenar iclasla davam edəcək və l seksiya üzrə "Tullantılar və onların ətraf mühitə təsiri" mövzusunda dinləmələr olacaq. Qeyd edək ki, konfransa sabah yekun vurulacaq və burada ll seksiya üzrə "ekologiya mühəndisliyində nano texnologiyalar", lll seksiya üzrə isə "enerji effektivliyi və bərpa olunan enerji mənbələri" mövzusunda məsələlər müzakirə olunacaq.
sia.az