PDF Oxu

Siyasət

  • 32

Rəfiqə Hüseynzadə: “Neflə çirklənmiş yerlər təmizləndikdən sonra yaşıllaşdırma əməliyyatı həyata keçirilir”

Rəfiqə Hüseynzadə: “Neflə çirklənmiş yerlər təmizləndikdən sonra yaşıllaşdırma əməliyyatı həyata keçirilir”

"Yaşıl iqtisadiyyat və enerji effektivliyi ilə bağlı olan konfransımız böyük əhəmiyyət daşıyır. Azərbaycanın neft siyasətində ekologiyaya verilən önəm artıq 2006-cı ildən etibarən başlayıb". Bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft Şirkəti və Beynəlxalq Ekoenergetika Akademiyasının birgə təşkialtçılığı ilə "Yaşıl İqtisadiyyat, Enerji effektivliyi və Ətraf mühit" adlı Beynəlxalq konfrans çərçivəsində çıxış edən ARDNŞ-nin ekologiya üzrə vitse –prezidenti Rəfiqə Hüseynzadə deyib.Onun sözlərinə görə, artıq neftlə çirklənmiş torpaqlar təmizlənərək, bu torpaqlara ağa əkilir: "Neflə çirklənmiş yerlər təmizləndikdən sonra yaşıllaşdırma əməliyyatı həyata keçiririk. Yaşıllaşdırma məsələsində 400 hektardan artıq əraziyə 500 min ağac əkmişik".Qaradağ rayonunda tikiləcək yeni tullantı mərkəzindən danışan ARDNŞ nümayəndəsi qeyd edib ki, bu, dünyada müasir qurğulardan biri hesab olunur: "Qaradağda böyük tullantı mərkəzi yaradılacaq. Tikinti işləri başa çatdıqdan sonra qurğu işlədiləcək. Burada BP-nin də dəstəyi böyükdür. Dünya səviyyəsində ən böyük zavod olacaq. Buradav həm çirklənmiş torpaq, həm də lay sularının təmizlənməsi həyata keçiriləcək. Bu işlər həm neft şirkəti, həm də BP üçün böyük önəm daşıyır".Rəfiqə Hüseynzadə onu da vurğuladı ki, artıq neft və qaz istehsalında atmosferə zərərin sıfıra endirilməsi üçün işlər həyata keçirilir: "Səngəçalda həyata keçirilən hasilatta alternativ qurğuları işlətmək üçün artıq işlər görürük. Bugünkü istehsal əlbəttə torpaqları çirkləndirir, əsas məsələ bunu həll etməkdir. Dənizin çirkləndirilməsinin qarşısını almaq da bizim əsas öhdəliyimizdir. Neft daşlarından əldə edilən alçaq təzyiqli qaz, kompressorlarla əldə edilərək istehsalata göndərilir. "Azəri Çıraq" yatağında 1996 – cı ildə ilk quyu qazıldıqdan sonra səmt qazı atmosferə buraxılırdı. 800 min kubmetr gündəlik qaz xaric edilirdi. Artıq, hazırda biz bunun da həllini tapdıq. Yeni texnologiya vasitəsi ilə biz bunu artıq atmosferə buraxmırıq. Bu qazın çölə çıxması hazırda 2 faizdən artıq deyil".Yeni layihələrdən də danışan vitse – prezident bu layihələrdə də ekologiyaya ciddi fikir verildiyini bildirdi: "Əsrin müqaviləsi"nin 20 illiyi ərəfəsində TANAP layihəsinin təməli qoyuldu. Bunu Cənub qaz dəhlizinin bünövrəsi olaraq qiymətləndirmək olar. "Azəri Çıraq Günəşli", "Şahdəniz 2" kimi layihələrdə biz ekologiyaya böyük üstünlük veririk".

sia.az

Digər xəbərlər