PDF Oxu

Siyasət

  • 23

Qərib Məmmədov: "Əsas hədəflərdən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır"

Qərib Məmmədov: "Əsas hədəflərdən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əsas hədəflərdən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır". SİA-nın məlumatına görə, bu gün Yaşıl İqtisadiyyat, eneri effektivliyi və ətraf mühit" mövzusunda Beynəlxalq konfransında iştirakı zamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.Komitə sədrinin sözlərinə görə, bu beynəlxalq konfrans öz aktuallığı ilə seçilir və burada mövcud problemlər həll olunur: "Kənd təsərrüfatının, yararlı torpaq ehtiyatlarının mühafizə edilməsi məqsədilə Milli Fəaliyyət Planının və s. hazırlanması bilavasitə yaşıl iqtisadiyyatın knkişafına və ətraf mühitin qorunmasına xidmət edir. Bu göstəricilərlə bərabər həmçinin aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Prezident İlham Əliyev 16 aprel 2014-cü il tarixində aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi haqqında fərman imzalayıb. Bu fərman kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar sahədə idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq, o cümlədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunu və fəaliyyətini təkmilləşdirmək məqsədi daşıyır. Qeyd edim ki, yaşıl iqtisadiyyatın dayanıqlı inkişafı üçün geoməkan məlumatlarının idarə olunması mühüm vasitədir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün statistik məlumatların inteqrasiyasını xüsusi vurğulamaq lazımdır. Təbii ki, bu istiqamətdə də DTXK-də bir sıra işlər həyata keçirilib".

sia.az

Digər xəbərlər