PDF Oxu

Siyasət

  • 34

Musa Qasımlı: "Eçmiədzin kilsəsi terroru himayə edən qurumdur" Açıqlama

Musa Qasımlı: "Eçmiədzin kilsəsi terroru himayə edən qurumdur" Açıqlama

"Ermənilərin Eçmiədzin kilsəsinin tarixinə diqqət yetirsək görərik ki, orada xalqlar arasında düşmənçiliyin təbliğ edilməsinin şahidi olarıq. Erməni diasporasının hakim rejimi tarixçiləri təsir altında saxlayaraq onları xalqlara qarşı düşmənçilik nifaqı saxlamağa təhrik edirlər. Bu səbəbdən də həmin qurum dindən çox terrorçu siyasi mərkəz olaraq fəaliyyət göstərir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.Onun sözlərinə görə, kilsə dini mərkəzdən çox terroru himayə edən və siyasi məqsədlər üçün çalışan qurumdur: "Hətta erməni kilsəsinin bu rolunu çarizm dövlət hakimiyyəti orqanları da dəfələrlə vurğulayırdılar. Çar dövrünə aid olan bir çox sənədlərlə yazılıb ki, erməni din xadimləri xalqlar arasında sülh yaratmaqdan uzaqdırlar. Onların başlıca məqsədi düşmənliyi təbliğ etməkdir".Millət vəkili həmçinin qeyd edib ki, ermənilər öz mənfur niyyətlərini həyata keçirmək üçün hər bir vasitədən istifadə edir və öz məqsədlərinə çatmaq üçün müxtəlif cinayətləri törətməyə hazırdırlar: "Eçmiədzin kilsəsi başda olmaqla erməni kilsələrinin əksəriyyətinin təşkilatçılığı ilə terror planları hazırlanır, insanlar qətlə yetirilir".

sia.az

Digər xəbərlər