"Hesab edirəm ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Rusiyanın, İranın və bir sıra xarici ölkə şirkətlərinin fəaliyyət göstərməsinə qarşı rəsmi Bakı tərəfindən ciddi təpkilər göstərilməlidir". Bunu SİA-ya millət vəkili Asim Mollazadə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Rusiyanın, İranın və bir sıra xarici ölkə şirkətlərinin fəaliyyət göstərməsinə və buna qarşı atılacaq addımlara münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, Ermənistanın bu hərəkətləri beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir: "Ümumiyyətlə, Azərbaycanın işğal olunmuş ərazilərinə daxil olan hər bir şəxs, mütləq şəkildə ölkə qanunvericiliyini pozur. Düşünürəm ki, onlara qarşı Azərbaycan tərəfindən müvafiq addımlar atılmalıdır. Çünki onların bu addımları və həmin şirkətlərin arxasında dayanan ölkələr bölgədə sabitliyi pozaraq, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən hərbi rejimə, işğala dəstək verirlər".Qeyd edək ki, hazırda Ermənistanda 1300 Rusiya şirkəti fəaliyyət göstərir.
sia.az