PDF Oxu

Siyasət

  • 28

“Rusiyalı politoloq öncəgörücülükdən çıxış edərək hər şeyə inanır” AÇIQLAMA

“Rusiyalı politoloq öncəgörücülükdən çıxış edərək hər şeyə inanır” AÇIQLAMA

"Görünür, rusiyalı politoloq Andrey İvanov öncəgörücülükdən çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin belə tez bir zamanda həll olunmasına inanır". Bunu SİA-ya İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya üzrə regional mərkəzinin direktor müavini, politoloq Alpay Əhmədov rusiyalı politoloq Andrey İvanovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.Politoloq hesab edir ki, Rusiya ilə Azərbaycan arasında yaxınlaşmanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcəyi ilə bağlı deyilənlər məsələyə başqa aspektdə yanaşmadan xəbər verir. Təbii ki, Azərbaycanın milli maraqları, ərazi bütövlüyü prinsipləri nəzərə alınmaqla, bu yaxınlaşma nəzəri baxımdan problemin həll olunması istiqamətində hansısa müsbət prespektivləri vəd edir. Amma dərk etmək lazımdır ki, vəd, reallıq və gerçəklik tamam başqa-başqa şeylərdir. Düşünürəm ki, bu gün Kütləvi İnformasiya Vasitələrində (KİV) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əsas məsələ predmeti yeddi rayonun qaytarılması ilə bağlıdır".Qeyd edək ki, rusiyalı politoloq Andrey İvanov deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanla Rusiya arasında ciddi yaxınlaşma olacağı təqdirdə mümkün ola bilər.

sia.az

Digər xəbərlər