"Müxalifətdə bir sıra partiyalar var ki, bu günə qədər ancaq boykotla yadda qalıblar". Bunu SİA-ya Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə AXCP-nin sədr müşaviri Şakir Abbasov başda olmaqla 8 cəbhəçinin partiyadan istefa verməsinə münasibət bildirərkən deyib.Araz Əlizadənin sözlərinə görə, ümumiyyətlə AXCP və bu kimi müxalif partiyalar çoxdan parçalanıblar: "Bu partiyalar heç vaxt yaşamayıblar və buna görə də onların parçalanmasından danışmaq əbəs yerədir. Onlar ölkədə problemlərin olduğunu deyirlər, amma çıxış yolunu göstərmirlər. Əgər dedikləri problemin həlli üçün heç nə etmirlərsə, deməli ya yalan danışırlar, ya da boş-boş danışmağı xoşlayırlar".
sia.az