PDF Oxu

Siyasət

  • 21

Komitə jurnalistlər üçün “Açıq qapı günü” təşkil edib

Komitə jurnalistlər üçün “Açıq qapı günü” təşkil edib

Bu gün Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün növbəti "Açıq qapı günü" təşkil edib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan QKDK-nın aparatının rəhbəri Bəxtiyar Əzizov "Açıq qapı günü" - nün keçirilməsinin ictimaiyyətin və KİV nümayəndələrinin komitənin struktur bölmələrinin fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı yaratdığını bildirib.B.Əzizov tədbirin Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" çərçivəsində şəffaflığın artırılması və mərkəzi icra hakimiyyəti orqanlarının açıq hökumət prinsiplərinə uyğunlaşdırılması istiqamətində həyata keçirildiyini qeyd edib.Daha sonra QKDK-nın Tədavülün tənzimlənməsi şöbəsinin müdiri Ağahüseyn Xudaverdiyev təqdimat zamanı struktur bölmənin əsas fəaliyyət istiqamətləri və vəzifələri barəsində ətraflı məlumat verib.A.Xudaverdiyev qiymətli kağızların tədavülünün tənzimlənməsi, qiymətli kağızlarla bağlanmış əməliyyatlara nəzarət, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfındən əqdlərə dair təqdim edilən hesabatların qəbulu və təhlili istiqamətində görülən işlər barədə məlumat verib.Sonda QKDK-nın fəaliyyət istiqamətləri barəsində KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

yap.org.az

Digər xəbərlər