PDF Oxu

Siyasət

  • 31

Adil Əliyev: “Kimsə dövlətimizə bu və ya digər formada təsir edə bilməz”

Adil Əliyev: “Kimsə dövlətimizə bu və ya digər formada təsir edə bilməz”

"Oktyabrın 17-də ölkə başçısı İlham Əliyevin məhkum edilmiş şəxslərin əfv olunması haqqında Sərəncamı nəinki ölkəmizdə, hətta ölkə hüdudlarından kənarda da yüksək qiymətləndirilir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Adil Əliyev deyib.Millət vəkili qeyd edib ki, cənab Prezidentin bütün ictimai-siyasi məsələlərə ədalətli yanaşması hər kəs tərəfindən humanizm prinsiplərinə sədaqət nümunəsi kimi dəyərləndirilir: "Prezidentin imzaladığı sayca 57-ci olan əfv Sərəncamının da bu prinsipə əsaslandığını söyləyə bilərik. Məhbusların azad edilməsi onların normal həyata inteqrasiyasına imkan yaradır ki, bu da özlüyündə bir çox məqamları əks etdirir. İstər millət vəkilləri, istərsə də ictimaiyyət nümayəndələri dəfələrlə beynəlxalq təşkilatların nəzərinə çatdırıb ki, Azərbaycan müstəqil, hüquqi demokratik dövlət olaraq bütün vətəndaşlarına eyni prizmadan yanaşır. Belə olmasaydı, o zaman radikal müxalifətin təsiri altında ölkədə iğtişaşlar törətməyə cəhd edən, demokratiyanın olmadığını bağıran gənclər məhkumluqdan azad edilməzdi. Kimsə dövlətimizə bu və ya digər formada təsir edə bilməz. Hökumətimizin qarşısında yalnız bir vəzifə dayanır, o da dövlət maraqlarından çıxış edərək, vətəndaşının, xalqının rifahının yüksəldilməsi!"Adil Əliyev həmçinin onu da vurğulayıb ki, dövlətimizə qarşı qərəzli mövqedən çıxış edən bəzi beynəlxalq təşkilatlar və eləcə də onların nümayəndələri gec də olsa dərk etdilər ki, digər qonşu dövlətlərin başçılarından fərqli olaraq Azərbaycan Prezidenti tam müstəqil siyasət yürüdür: "Belə bir məqamda vaxtilə Azərbaycan hakmiyyətinə qarşı tənqidi fikirlər söyləyən, qərəzli ittihamlar səsləndirən Avropa İttifaqının ali nümayəndəsi olan Ketrin Eşton da nəhayət bu reallığı analayaraq, həqiqəti dərk etdi. Təbii ki, bütün bunlar həm də Azərbaycanın ədalətli mövqeyinin və haqq səsinin müəyyən siyasi dairələr tərəfindən qəbul edilməsidir".

sia.az

Digər xəbərlər