"Avropa Parlamentinin deputatları Azərbaycana gəlmək istəyirlərsə, bunu Leyla Yunusa görə yox, məcburi köçkünlərimizə görə etməlidirlər, onlara baş çəkməlidirlər. Bu hoqqabazlıq axırda Avropa Parlamentinin öz başında çartlayacaq". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq cəbhəsi partiyasının ( BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.Avropa Parlamenti deputatlarının Leyla Yunusa görə Azərbaycana gələcəkləri ilə bağlı yayılan məlumatlara münasibət bildirən E.Mirzəbəyli qeyd edib ki, L.Yunus Ermənistanın və Qərbdəki ermənipərəst qüvvələrin potensial agenti idi: "Ona görə də bütün vasitələrdən istifadə edərək bizlərə təzyiq göstərmək istəyirlər. Əslində onlar bu addımları ilə dövlətimizə qarşı hörmətsizlik edir, istintaq prosesinə təzyiq göstərmək, əngəlləmək istəyirlər. Onlarda az da olsa vicdan varsa, Azərbaycana gəlib məcburi köçkünlərimizin başına gələn faciələri Avropa parlamentində səsləndirsinlər. Ancaq bunu edə bilməzlər. Çünki Leyla Yunusa görə ölkəmizə gəlmək istəyən Avropa Parlamentinin deputatları, məhz ermənilərin ətəyindən su içən casuslardır".
sia.az