PDF Oxu

Siyasət

  • 33

Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq davam edir

Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq davam edir

Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi cənab Martin Kroytnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Qurumdan SİA-ya verilən xəbərə görə, görüşdə cari il noyabrın 19-21-də IACA-ya üzv və tərəfdaş ölkələrin assambleyasının Bakı şəhərində keçiriləcək 3-cü sessiyası ilə əlaqədar təşkilati məsələlər müzakirə edilib.Azərbaycanın Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev son dövrlər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar barədə qonaqlara ətraflı məlumat verərək, bu sahədə beynəlxalq tədbirlərin, məhz Azərbaycanda keçirilməsinin təqdirəlayiq hal olduğunu xüsusi vurğulayıb.K.Əliyev həmçinin cari ilin 31 iyun-1 iyul tarixlərində Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və IACA-nın iştirakı ilə "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda yüksək səviyyəli beynəlxalq konfransın Bakı şəhərində keçirilməsinin əhəmiyyətindən danışıb.M.Kroytner öz növbəsində Azərbaycan tərəfinin IACA-nın 3-cü sessiyasının təşkili ilə bağlı gördüyü işləri müsbət dəyərləndirərək tədbirin yüksək səviyyədə təşkil ediləcəyinə və ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun daha da yüksəldilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.Görüşdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov və Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov iştirak ediblər.

sia.az

Digər xəbərlər