"Əməkdaşlıq platformasının yaradılması xarici siyasətimizin əsas prioritetlərindəndir"
"Azərbaycan Respublikasının xarici siyasət strategiyası balanslaşdırılmış siyasət kimi səciyələndirilir. Burada həm Şərq, həm də Qərb nəzərdə tutulur ki, bu da özlüyündə siyasi, iqtisadi, mədəni sferanı cəmləşdirir". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdüri Əli Həsənovun İslam ölkələri mediasını əlaqələndirəcək əməkdaşlıq platformasının yaradılmasını təqdir etməsinə münasibətini açıqlayarkən deyib. Onun sözlərinə görə, Azərbaycanın coğrafi, enerji ehtiyatlarının tranziti nöqteyi-nəzərindən Şərqlə Qərb arasında bir körpü rolunu oynaması müxtəlif parametrlər üzrə irəlidə olmasının göstəricisidir: "İslam ölkələri mediası ilə əməkdaşlıq platformasının yaradılması daim dövlətimizin xarici siyasətinin əsas prioritetlərindən olub. Bu ölkələrlə münasibətlərimiz yüksələn xətlə inkişaf etməkdədir. Bu baxımdan, bugünki cəmiyyətimizdə İslam ölkələrinin mediası ilə əlaqələrin qurulmasına ehtiyac duyulur. Hesab edirəm ki, bu Azərbaycanın mövqeyini gücləndirilməklə bərabər, eyni zamanda İslam ölkələri ilə ölkəmizin daim əməkdaşlıq etməsinə yeni töhfələrini verəcək. İqtisadi, mədəni sahə ilə yanaşı media sahəsində də yeni perspektivlərin yaranacağına zəmin yaradacaq".
sia.az