"Ermənistan özünü regional layihələrdən təcrid edib. Bu da Ermənistanın işğalçılıq siyasətinin məntiqi nəticəsidir. Bundan sonra da bu işğalçılıq siyasətindən əl çəkməsə, Qarbağdan öz işğalçı qoşunlarını çıxartmasa və ümumilikdə bölgədə sülhə və əminamanlığa xidmət etməsə, sözsüz ki bu layihələrdən kənar qalacaq". Bu sözləri son günlərdə Ermənistanın Bakı – Tiflis – Qars Dəmir Yolu layihəsinə qoşulmaq arzusu ilə bağlı SİA-ya açıqlama verən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.Onun sözlərinə görə, ermənilər regional layihələrdə iştirak etmək üçün nəinki Qarabağdan çəkilməli, hətta tarixi Azərbaycan torpaqlarındakı işğalçılıq siyasətindən də vaz keçməlidir: "Əgər, Ermənistan işğalçılıq siyasətinə son qoysa və Qarabağdan, eləcə də qədim Azərbaycan torpaqları olan, İrəvana, Göyçəyə azərbaycanlıların qayıdışı baş versə, əlbəttə o da bu regional layihələrdə iştirak edə bilər. Konkret olaraq Ermənistan bugünkü işğalçılıq siyasətindən əl çəkib, Qarbağdan öz işğalçı qoşunlarını çıxartsa güman ki, regional layihələrdə iştirak etmək üçün müəyyən addım atmış olar".
sia.az