"Azərbaycanda siyasi məhbus olmadığından, belə bir anlayış haqda danışmaq mümkün deyil. Sadəcə ayrı-ayrı cinayətlər törətmiş şəxslər barəsində məhkəmə hökmləri var". Bunu SİA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanı təmsil edən nümayəndə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev deyib.Onun sözlərinə görə, 1 il bundan əvvəl AŞPA-da iştirak edən məruzəçilərdən biri ölkəmizdə siyasi məhbusun olması ilə bağlı iddia səsləndirmişdi, lakin iddia özünü doğrultmadı: "Yəni məruzəçinin Azərbaycana qarşı qərəzli mövqe göstərdiyi əsas gətirilərək, AŞPA iddianı səs çoxluğu ilə qəbul etmədi. Elə o zaman da Ann Brösser qurumun sədri idi. Digər tərəfdən Azərbaycan Prezidenti İlham Əliyev vaxtaşırı humanistliyini göstərərək, öz səhvlərini başa düşmüş məhbuslar barəsində onların müraciətlərinə əsasən əfv fərmanı imzalayır. Məhz bundan sonra Avropada Azərbaycandakı insan haqları barədə qərəzli mövqedən çıxış edənlər dövlət başçısının humanist addımına öz müsbət mövqelərini nümayiş etdirdilər. Bir sözlə, əfv sərəncamı qərəzli mövqedən çıxış edənlərə cavab oldu".
sia.az