PDF Oxu

Siyasət

  • 31

Asəf Hacıyev: “Azərbaycan tərəfi hər bir vasitəyə əl ata bilər”

Asəf Hacıyev: “Azərbaycan tərəfi hər bir vasitəyə əl ata bilər”

"Hesab edirəm ki, 20 ildən sonra ermənilər tərəfindən əsir və girov götürülən azərbaycanlıların video görüntüsünün yayılması orada azərbaycanlı əsirlərin olduğunu isbat edir". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev 20 ildən sonra ermənilər tərəfindən əsir və girov götürülən azərbaycanlıların video görüntüsünün yayılması məsələsinə münasibət bildirərkən deyib.YAP rəsmisinin sözlərinə görə, hətta bununla bağlı beynəlxalq təşkilatların öz siyahıları belə mövcuddur: "Bu günə qədər Ermənistanda girov kimi saxlanılan azərbaycanlılar var. Hesab edirəm ki, işğalçı ölkə azərbaycanlı əsirləri geri qaytarmalıdır. Ümumiyyətlə Ermənistan beynəlxalq təşkilatların qərarlarına (BMT-nin 4 qətnaməsinə, Avropa Şurasının, Avopa Parlamentinin qərarlarına və s.) əməl etmir. Artıq Ermənistanda mitinqlər başlayıb. Onlar işğaldan əl çəkməli, girovları qaytarılmalıdırlar. Ümumiyyətlə onlar bütün Dağlıq Qarabağdan, işğal olunmuş torpaqlardan geri çəkilməlidirlər və beləcə bölgəyə sülh gəlməlidir. Əgər rəsmi İrəvan bunu etməsə, Azərbaycan tərəfi hər bir vasitəyə əl ata bilər. Hesab edirəm ki, müharibə də burada istisna deyil".

sia.az

Digər xəbərlər