PDF Oxu

Siyasət

  • 27

Uorlik: "Ümid edirəm ki, görüş bizi sülhə yaxınlaşdıracaq"

Uorlik: "Ümid edirəm ki, görüş bizi sülhə yaxınlaşdıracaq"

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin Paris görüşünün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində tərəflərin mövqeyini yaxınlaşdıracağına ümidini ifadə edib. SİA-nın həmsədrin şəxsi "Twitter" səhifəsinə istinadən verdiyi xəbərə görə, Uorlik danışıqlarda iştirak etmək üçün artıq Parisdə olduğunu da vurğulayıb."Artıq Parisdəyəm. Prezident Olland Serj Sarkisyan və prezident İham Əliyevlə görüşlər keçirəcək. Ümid edirəm ki, onlar bizi sülhə yaxınlaşdıracaqlar" - deyə, diplomat yazıb.Qeyd edək ki, prezidentlərin görüşü bu günə nəzərdə tutulur.

sia.az

Digər xəbərlər