Mübariz Əhmədoğlu: "Münaqişənin danışıqlar yolu ilə həlli yoxdur"
"İndiyə qədər Azərbaycan və Ermənistan prezidentlərinin dialoqu üçün Paris görüşündən mükəmməl şərait yaradılmayıb. Buna baxmayaraq, Ermənistanın Dağlıq Qarabağ müanqişəsinin dinc yolla tənzimlənməsinə razı olacağına inanmıram". SİA-nın xəbərinə görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə baş tutacaq görüşündən gözləntiləri şərh edərkən deyib.Politoloq bildirib ki, ümumiyyətlə Ermənistan münaqişənin dinc yolla tənzimlənməsinə hazır deyil: "Paris görüşünü baş tutmaması və görüş zamanı müzakirə olunacaq məsəllərin dəyişdirilməsi üçün Ermənistan bir neçə variant hazırladı. Doğma torpaqlarına gedən azərbaycanlıların məhkəməsinin bu günə təyin edilməsi bunun bariz nümunəsidir. Ermənistan bilərəkdən onların məhkəməsini bu günə salıb ki, görüşlərdə bu məsələ müzakirə olunsun".Mərkəz direktoru deyib ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənəsi üçün niyyəti yoxdur: "Ermənilər torpaqlarımızı işğal altında saxlamaq istəyirlər. Bununla yanaşı münaqişənin tənzimlənməsində ən böyük problem beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrlərinin erməni yalanlarına inanmasıdır. Təəssüf ki, həmsədrlər ermənilərin dediyi yalanlar inanır və onların dediyi yalanlara inanmağa meyllidirlər".M.Əhmədoğlu hesab edir ki, Paris görüşü bu günə qədər keçirilən görüşlərin ən vacibidir: "Bu görüşdə də Ermənistan Böyük Sülh Sazişinin hazırlanmasına razılıq verməyəcəksə, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllindən danışmağın mənası yoxdur. Bu isə o deməkdir ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlardan başqa yolu qalmır"."Fransa görüşü göstərəcək ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli yoxdur və yeganə yol hərbi əməliyyatlardır. Bunun da iki variantı var. Birinci, Azərbaycan müstəqil şəkildə hərbi əməliyyatlara başlayır və burada ermənilər üçün hansı vəziyyətin yaranacağını heç kim proqnozlaşdıra bilməz. İkinci, beynəlxalq aləmin razılığı ilə Azərbaycan hərbi əməliyyatlar yolu ilə işğal olunan torpaqlarını azad edir və bunun əvəzində Dağlıq Qarabağda ermənilərin yaşamağına icazə verir. Hesab edirəm ki, Fransa görüşünü ən böyük nəticəsi budur. Mən Ermənistanın münaqişənin sülh yolu ilə tənzimlənməsinə hazır görmürəm" - deyə, Mübariz Əhmədoğlu vurğulayıb.
sia.az