PDF Oxu

Siyasət

  • 36

Emin Həsənli: “Ermənistan diasporadan asılı vəziyyətdədir” AÇIQLAMA

Emin Həsənli: “Ermənistan diasporadan asılı vəziyyətdədir” AÇIQLAMA

"Ümumiyyətlə Ermənistan diasporadan asılı vəziyyətdə olan yeganə dövlətdir". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli qondarma erməni soyıqırımı ilə bağlı erməni diasporu ilə Serj Sarkisyan rejimi arasında yaranan narazılığa münasibət bildirərkən deyib.Hərbi ekspertin sözlərinə görə, işğalçı ölkə hələ də real vəziyyəti bilmir: "Onlar çalışırlar ki, qeyri-konstruktiv mövqe nümayiş etdirərək işğalçılıq siyasətini davam etdirsinlər. Sarkisyanın daxilə hesablanmış dediyi sözləri erməni diasporu inandırıcı qəbul edir. Guya ki, Ermənistan güclü dövlətdir, ona daha çox dəstək olurlar və s. Çox təəssüf ki, hələ də Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Amma buna baxmayaraq, ölkəmiz öz torpaqlarını işğaldan azad edəcək və bölgədə sülh təmin olunacaq. Bu gün heç kimə sirr deyil ki, onlar bütün beynəlxalq layihələrdən kənarda qalıb və əhali başqa ölkələrə köç edir. Bununla belə, onlar Türkiyə ilə Azərbaycanın gücünü düzgün qiymətləndirə bilmirlər. İşğalçı ölkə sadəcə olaraq yalan bir hadisəni dünyaya çatdırmaq istəyir. Amma Azərbaycan dövlətinin apardığı uğurlu siyasət nəticəsində həqiqətlər dünyaya çatdırılır".

sia.az

Digər xəbərlər