PDF Oxu

Siyasət

  • 36

Ermənistan çıxılmaz durumdadır

Ermənistan çıxılmaz durumdadır

Vahe Avetiyan: "Ermənilər kimi qoyun millət dünyada yoxdur"

Nevoyan: "Ermənistan Rusiyanın arvadı rolunu oynayır"

Ermənistan iqtidarının uğursuz daxili və xarici siyasəti təkcə erməni xalqını deyil, dünyuada yaşayan bütün erməniləri zərbə altına qoyub. Ölkə daxilində heç bir məntiqə söykənmədən aparılan sosial siyasət və avantürist xarici siyasi gedişlər artıq Ermənistanın bir dövlət kimi mövcudluğunu şübhə altına alıb. Qərb ölkələrində yaşayan ermənilər Ermənistandakı vəziyyətdən narahatçılıqlarını bildirir və öz qohum-əqrəbalarına görə rahatsız olduqlarını deyirlər. Xüsusilə də, rəsmi Yerevanın Avrasiya İttifaqına qoşulması bütün dünya erməniləri tərəfindən qınağa tuş gəlib.

İsveçdə mühacirətdə olan erməni yazıçısı Vahe Avetiyan öz Facebook səhifəsində o səviyyədə hiddətlənib ki, ermıəniləri qoyuna bənzədib: "Təkcə ermənilər özlərini qoyun sürüsü kimi aparmırlar. Yerevanın Avrasiya İttifaqına qoşulması doğru deyildi. Ola bilsin ki, başqa xalqlar da ittifaqa üzv olsunlar. Hələlik bir xalq Lukaşenko Putin və Nazarbayevlə ittifaqa gedib. Erməni kimi qoyun siyahıda hələ ki yoxdur".

Erməni iqtisadçı, Nevoyan da Avrasiya İttifaqına qoşulmağın acı nəticələri haqqında yazıb. Erməni iqtisadçısı qeyd edib ki, Ermənistan onsuz da Rusiyanın arvadı rolunu oynayır: "Avrasiya İttifaqına üzvlük isə bu evliliyi rəsmiləşdirdi. Ortada uduzan erməni xalqı olacaq. Ermənistan hakimiyyəti sosial bəlalardan çıxış yolu tapmaq əvəzinə, hələ də özünün ağılsız işlərini davam elətdirir. Hər halda bir neçə dəfə küçələrə axışan erməni xalqı növbəti axınların birində bu iqtidarı layiq olduğu yerə göndərəcək".

Artıq sosial şəbəkələrdə də Ermənistan iqtidarının əleyhinə neçə-neçə qruplar yaradılıb və bu qruplarda Sarkisyan rejiminin əleyhinə təşkil olunacaq dəhşətli mitinqlərə çağırışlar edilir.

S.Feyruzov

Digər xəbərlər