PDF Oxu

Siyasət

  • 30

Əli Həsənov: "Forumun Bakıda keçirilməsi Azərbaycanda gənclər siyasətinə verilən qiymətdir"

Əli Həsənov: "Forumun Bakıda keçirilməsi Azərbaycanda gənclər siyasətinə verilən qiymətdir"

"Bakıda Gənclər siyasəti üzrə I Qlobal Forumun keçirilməsi böyük əhəmiyyət kəsb edir". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.Ə.Həsənov bildirib ki, bu tədbir 1998-ci ildə idman və gənclər sahəsində dövlət siyasətini yürüdən nazirlərin toplantısından sonra keçirilməyə başlanıb: "Tədbirdə dünyanın müxtəlif ölkələrindən gənclər, gənclər təşkilatları, bu sahədə siyasəti həyata keçirən dövlət qurumlarının rəhbərləri, akademik dairələr, QHT-lər iştirak edir. Bu forumda dünya və Azərbaycan gənclərinin problemləri müzakirə olunacaq və yekun sənəd qəbul olunacaq. Bu forumun Bakıda keçirilməsi 20 ildə Azərbaycanda həyata keçirilən davamlı və effektli gənclər siyasətinə verilən qiymətdir. Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasəti bu gün də davam edir. Gənclər siyasətinin həyata keçirilməsinə nəinki dövlət strukturları cəlb olunub, o cümlədən gənclərin özləri də bu siyasətin formalaşmasında iştirak edirlər".PA rəsmisi xatırladıb ki, Azərbaycan dünyanın 200-dən artıq dövləti arasında əhalisinin və ərazisinin sayına görə sonuncu 50 dövlət sırasındadır: "Lakin ölkəmiz yürütdüyü siyasətə, inkişafına, gənclərə, ümumiyyətlə insanlara yaratdığı şəraitə, dünya dövlətləri siyahısındakı iqtisadi, siyasi, sosial inkişaf reytinqlərinə görə ilk 30 dövlət arasındadır. Bu siyasət isə diqqətdən kənarda qala bilməzdi. Bugünkü forumun keçirilməsinə təsir göstərən əsas amillərdən biri də Azərbaycanda uğurlu siyasət yürüdülməsidir. Bu forumun keçirilməsi Azərbaycan gənclərinin dünya gəncləri sırasına inteqrasiyasına dəstək verəcək, Azərbaycanda gənclər siyasətinin formalaşmasında mühüm amilə çevriləcək və sonrakı siyasətini davamının əsas nəticələri olacaq".Forumdan gözləntilərə gəlincə, Ə.Həsənov qeyd edib ki, Azərbaycan gənclərinin də iştirakı ilə müasir gəncliyi düşündürən bütün sahələr üzrə, o cümlədən gənclərin potensialından, imkanlarından istifadə sahəsi üzrə dövlətlərin siyasəti üçün vahid tövsiyələr hazırlanacaq: "Bu tövsiyələr forumda iştirak edən dövlət qurumları tərəfindən öz ölkələrində də istifadə olunacaq. Həmçinin tədbirdə BMT, AŞPA, UNESKO və digər beynəlxalq təşkilatların iştirakını nəzərə alsaq, qlobal gənclər siyasətinin formalaşmasında da bu tövsiyələrdən istifadə olunacaq".

sia.az

Digər xəbərlər