PDF Oxu

Siyasət

  • 31

Pan Gi Mun: "Gənclərə yeni imkanlar yaradılmalıdır"

Pan Gi Mun: "Gənclərə yeni imkanlar yaradılmalıdır"

BMT-nin Baş katibi Pan Gi Mun Bakıda keçirilən "Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum"a videomüraciət ünvanlayıb. SİA-nın xəbərinə görə, müraciətdə Baş katib forum iştirakçılarına uğurlar arzulayıb. O bildirib ki, gənclər dünya siyasətinə böyük töhfələr verməkdədir. "Gənclərin siyasətdə rolu çox vacibdir. Amma bununla kifayətlənməməliyik. Bu rol daha da artırılmalıdır. Gənclərə yeni imkanlar yaradılmalıdır. Bu imkanlar yalnız uğur gətirə bilər"- deyə, Baş katib qeyd edib.Pan Gi Mun gəncləri sabahın liderləri adlandırıb: "Gənclər siyasəti mənim siyasətimin əsas prioritetlərindən biridir. Bu günün gəncləri sabahın liderləridir. Bakıda keçirilən forum gənclər siyasətinin inkişafı baxımından mühüm rola malikdir. Əminəm ki, Azərbaycan bu yüksək səviyyəli foruma layiqincə ev sahibliyi edəcək".

sia.az

Digər xəbərlər