PDF Oxu

Siyasət

  • 25

Hannoverdə Azərbaycan Mədəniyyəti Günü keçiriləcək

Hannoverdə Azərbaycan Mədəniyyəti Günü keçiriləcək

Oktyabrın 28-də Heydər Əliyev Fondu Almaniyanın Hannover şəhərində, Konqres Mərkəzinin böyük günbəzli salonunda Azərbaycan Mədəniyyəti Günü keçirəcək.

Tədbir çərçivəsində "Azərbaycanda alman izləri" fotosərgisi və professor Eva Maria Auxun eyniadlı kitabının təqdimatı, "Almaniya bir rəssamın gözü ilə" müsabiqəsi qaliblərinin qrafik əsərlərindən ibarət sərgi, Azərbaycan Dövlət simfonik orkestrinin ifasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert olacaq. Simfonik orkestrə Fuad İbrahimov dirijorluq edəcək. Tədbirdə təxminən 800 qonağın iştirakı gözlənilir.

Hannover şəhərinin rəsmi saytı Heydər Əliyev Fondunun tədbiri haqqında elan yerləşdirib.

AzərTAc tədbir haqqında geniş material təqdim edəcək.

AzərTAc

Digər xəbərlər