PDF Oxu

Siyasət

  • 22

YAP Səbail rayon təşkilatı İdarə heyətinin bələdiyyə seçkiləri ilə bağlı iclası keçirilib

YAP Səbail rayon təşkilatı İdarə heyətinin bələdiyyə seçkiləri ilə bağlı iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı İdarə heyətinin dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 23 dekabr 2014-cü ildə Azərbaycanda keçiriləcək Bələdiyyə seçkilərində YAP Səbail rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədlərin elan olunması və təsdiqi, Səbail rayonundan Bələdiyyə seçkilərində, o cümlədən 29-23 saylı seçki dairələrində iştirak edəcək səlahiyyətli nümayəndələrin təsdiq olunması, YAP-ın yaradılmasının 22-ci ildönümünün yüksək səviyyədə qeyd olunması və cari məsələlər müzakirə olunub.

YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov çıxış edərək 23 dekabr 2014-cü ildə Azərbaycanda keçiriləcək Bələdiyyə seçkilərində YAP Səbail rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədləri elan edib.

Sədr bildirib ki, YAP Səbail rayon təşkilatı İdarə heyətinin qərarı ilə Partiya aparatında aşağıdakı tərkibdə Seçki Qərargahı yaradılsın:

Muxtar Nağıyev, sədrin müavini – Qərargahın sədri

Mehman İsmayılov, sədrin müavini – Qərargah sədrinin müavini

Əhliman Qarayev, sədr müavini - Qərargah sədrinin müavini

Riyad Məmmədzadə, Gənclər təşkilatı sədrinin müavini – üzv

Nicat Hüseynov, Təlimatçı – üzv, katib

Aysel Abdullayeva, Təlimatçı – üzv

Anar Vəliyev, Təlimatçı – üzv

Rauf Qaralov, Gənclər təşkilatı sədrinin müavini – üzv

Rəfiqə Məmmədova, İdarə Heyətinin üzvü – üzv

Himalay Qasımov, İdarə Heyətinin üzvü – üzv

Zəfər Bayramov, İdarə Heyətinin üzvü – üzv

Sonda iclasda cari məsələlərə baxılıb.

sia.az

Digər xəbərlər