"Ümumiyyətlə, İsveçdə mühacirətdə olan erməni yazıçısı Vahe Avetiyan öz xalqının içindən çıxan və Ermənistandan baş götürüb gedən bir şəxsdir. Bu mənada hesab edirəm ki, o öz xalqının dərdini hamıdan yaxşı bilir". Bunu SİA-ya açıqlaması zamanı politoloq Qabil Hüseynli İsveçdə mühacirətdə olan erməni yazıçısı Vahe Avetiyanın öz "facebook" səhifəsində "dünyada ermənilər kimi qoyun millət yoxdur" fikrinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, Vahe Avetiyan "dünyada ermənilər kimi qoyun millət yoxdur" fikri ilə daha çox öz xalqını tənqid edir: "Bu deyilənlər həmçinin Ermənistanda yoxsulluğa, ölkədəki siyasi quruluşun avtoritar xarakterinə, cahilliyə və s. hesablanıb. Təbii ki, bu, Vahe Avetiyan tərəfindən çox ciddi etirafdır. Düşünürəm ki, bunu alqışlamaq lazımdır. Bu gün Ermənistan acınacaqlı vəziyyətdə böhrana doğru sürüklənib. Ölkədə baş qaldıran miqrasiya problemi, hakimiyyətin özbaşınalığı, demokratiyanın olmaması işğalçı ölkənin süqutunu daha da yaxınlaşdırır. Təbii ki, bütün bunların hər biri də sözügedən yazıçının dediklərini təsdiqləyir".Qeyd edək ki, İsveçdə mühacirətdə olan erməni yazıçısı Vahe Avetiyan öz "facebook" səhifəsində belə bir məlumat paylaşıb. O, İrəvanın Avrasiya İttifaqına qoşulmasının doğru olmadığını bildirib: "Təkcə ermənilər deyil, başqaları da özlərini qoyun sürüsü kimi aparırlar. Amma yalnız hələlik bir xalq Lukaşenko, Putin və Nazarbayevlə ittifaqa gedib. Başqa bu cür qoyunlar hələ ki, yoxdur".
sia.az