ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki separatçıların girov götürdüyü azərbaycanlılar üzərində qurulan məhkəmə prosesini şərh etməkdən yayınıb. Səbəb olaraq bu məsələ ilə bağlı kifayət qədər məlumatlı olmadığını bildirib. SİA-nın məlumatına görə, millət vəkili, siyasi şərhçi Sahib Alıyev sosial şəbəkədəki hesabından məsələyə münasibət bildirib.S. Alıyev deyib: "Maraqlıdır, Amerika rəsmisi görəsən bizim girov götürülənlər haqda niyə bu qədər bilgisizdir? Onlar ki, interneti yaxşı izləyirlər, apardığımız bu kampaniyanın nə üçün keçirildiyini bəyəm bilmirlər? Bütün bunlar bir yana, beynəlxalq prinsiplərin tapdandığı bu məsələ ilə bağlı mən özüm onlara yazmışam axı! Görəsən Leyla Yunus və onun kimilərinin həbsxanada temperaturlarının qalxıb-qalxmadığını belə hər gün xəbər alanlar, bizim girov götürülən iki vətəndaşımızla niyə maraqlanmırlar? Bəlkə ona görə ki, Yunuskimilərdən fərqli olaraq onlarda vətən yanğısı görürlər o üzdən? Necə düşünürsünüz, Dilqəmlə Şahbaz Kəlbəcərə deyil, əllərində molotov kokteyli Bakıda mitinqə gedərkən tutulsaydılar, onda da Psaki "Bu işlə bağlı bizdə kifayət qədər məlumat yoxdur", deyəcəkdi?"
sia.az