PDF Oxu

Siyasət

  • 26

Rasim Musabəyov: “Ukrayna GUAM adlı qurumla maraqlanmır” AÇIQLAMA

Rasim Musabəyov: “Ukrayna GUAM adlı qurumla maraqlanmır” AÇIQLAMA

"Heç kimə sirr deyil ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova Respublikalarının daxil olduğu GUAM adlı qurumun katibliyi Ukraynada yerləşir". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov GUAM-ın son zamanlar iclaslarının və fəaliyyətinin gündəmə gəlməməsi məsələsinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, GUAM-ın baş katibi gürcüdür: "Gürcüstanda hakimiyyət dəyişikliyi olandan sonra həmin dövlətin GUAM-a marağı çox aşağı düşüb. Ukraynada isə məlum hadisələr, qarşıdurmalar rəhbərliyin başını qatıb. Məhz bunun nəticəsidir ki, Ukrayna da GUAM adlı qurumla maraqlanmır və onunla işləmir. Təbii ki, belə olan halda GUAM-ın iclasları keçirilmir və fəaliyyətsizliyi göz önündədir".Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Parisdə Fransa Prezidenti Fransua Olland ilə üçtərəfli görüşünə də toxunan R. Musabəyov əlavə edib ki, bu görüş heç bir uğurlu nəticə ilə yadda qalmadı: "Çünki bu üçtərəfli görüşdə hansısa uğurlu razılaşmaya nail olunması barədə məlumat yoxdur. Sadəcə olaraq burada itkin düşən insanların taleyi ilə bağlı məsələnin həllinə vədlər verilib. Düşünürəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir irəliləyişdən danışmağa dəyməz. Bu görüşün nəticəsi yalnız odur ki, prezidentlərin sülh axtarışı hələ də davam edir".

sia.az

Digər xəbərlər