"Dağlıq Qarabağın kimə məxsus olduğu məlumdur. Rüstəm İbrahimbəyov, Azərbaycanın çörəyi sənə haram olsun. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir". Bu fikirləri SİA-ya açıqlamasında Qarabağ Azadlığı Təşkilatının (QAT) sədri Akif Nağı Rüstəm İbrahimbəyovun "Dağlıq Qarabağın kimin olub-olmaması ilə tarixçi və siyasətçilər məşğul olmalıdır" fikrinə münasibət bildirərkən deyib.A. Nağı vurğulayıb ki, Rüstəm İbrahimbəyovun mövqeyi yanlışdır və ermənilərin, ermənipərəst, kosmopolit mərkəzlərin xoşuna gələn mövqedir: "Azərbaycan BMT-yə Dağlıq Qarabağla birlikdə daxil olub. Min illər ərzində bu ərazi bizim tərkib hissəmiz olub. Bir ovuc erməninin üsyan etməsini bəhanə edən Ermənistan Dağlıq Qarabağı işğal edib. BMT-nin qətanamələrində, Avropa Şurası, Avropa Birliyində də bildirilir ki, Dağlıq Qarabağ ermənilər tərəfindən işğal olunub. Əgər bunu beynəlxalq aləm deyirsə, Rüstəm İbrahimbəyov özünü kimə göstərmək istəyir? Nəyə nail olmaq istəyir? Hesab edirəm ki, bu, simasız, mənəviyyatsız bir mövqedir. Burada da ancaq təmənna var. Rüstəm İbrahimbəyov beynəlxalq mərkəzlərdən mükafatlar, bonuslar almaq və layihələr həyata keçirmək məqsədilə özünü bu məsələdə neytral mövqedə göstərməyə çalışır. Belə bir açıqlamanın verilməsində məqsəd, sadəcə bu ola bilər".
sia.az